Avropa İttifaqına üzv 8 ölkənin İdliblə bağlı açıqlaması

Avropa İttifaqına (Aİ) üzv 8 ölkə Suriyadakı toqquşmalardan milyonlarla insanın əsasən kifayət qədər əziyyət çəkdiyini bildirərək, tərəflərə diplomatik həll üçün çağırış etdi.

1044784
Avropa İttifaqına üzv 8 ölkənin İdliblə bağlı açıqlaması

Avropa İttifaqına (Aİ) üzv 8 ölkə Suriyadakı toqquşmalardan milyonlarla insanın əsasən kifayət qədər əziyyət çəkdiyini bildirərək, tərəflərə diplomatik həll üçün çağırış etdi.

8 Avropa İttifaqı ölkəsi dünən yığıncaq keçirən BMT Təhlükəsizlik Şurasının yığıncağından əvvəl İdlib mövzundakı narahatlıqlarını dilə gətirərək, Türkiyə və BMT-nin təcili diplomatik həll yolu tapılması ilə bağlı cəhdlərini dəstəklədiğini açıqladı.

Bunu BMT Təhlükəsizlik Şurası yığıncağının giriş hissəsində qrup adından çıxış edən İsveçin BMT-dəki daimi nümayəndəsi Olof Skoq deyib.

Skoq İdlibə ediləcək hərbi əməliyyatın bölgəni daha da təhlükəli hala gətirəcəyinə diqqət çəkərək bildirib ki, Suriyanın şimal-qərbində Suriya rejimi və Rusiya tərəfindən artırılan, dinc vətəndaşlar üçün potensiyal fəlakətə çevrilə biləcək hərbi fəallıqdan narahatlıq duyuruq. İdlibə ediləcək ciddi bir hərbi əməliyyat bölgədə yaşayan bir milyon uşaq daxil olmaqal 3 milyondan çox dinc vətəndaşın həyatını təhlükə ilə qarşı-qarşıya qoyacaq. Rejimin mərhəmətsiz mühasirəsi və hərbi əməliyyatlar səbəbindən əsasən ev-eşiklərindən edilən mülki vətəndaşlar da daxil olmaqla bu, yeni kütləvi köçə səbəb ola bilər.

Skaq Suriyada hər hansı kimyəvi silahdan istifadə edilməsinin də qəbul edilməz olduğunu vurğulayıb.

İsveçin BMT-dəki daimi nümayəndəsi Skoqun adından açıqlama verdiyi ölkələr arasında; İtaliya, Almayina, Fransa, İngiltərə, Hollandiya, İsveç, Belçika və Polşa yer tutub.



Әlaqәli Xәbәrlәr