Lomboq adasındakı zəlzələdə ölənlərin sayı artıb

İndoneziyanın Lomboq adasında 6.4 bal gücündə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 16 nəfərə çatıb. Fəlakət nəticəsində 160 nəfər yaralanıb.

1022175
Lomboq adasındakı zəlzələdə ölənlərin sayı artıb

Təbiət yürüşü yolları ilə məşhur Rinjani dağında isə 266 nəfər qapalı qalıb.

İndoneziya təbii fəlakət Təhlükəsizliyi Azaltma Agentliyinin sözçüsü Sutopo Purwo Nugroho, yüzlərlə xilasetmə işçisinin cəlb olunduğu dağda 500-dən çox turistin xilas edildiyini, qalan 266-nı da xilas etmək üçün işlər aparıldığını bildirib.

BBC-nin məlumatına görə xeyli sayda evin dağılmasına gətirib çıxaran 6.4 bal gücündəki zəlzələdən sonra çox sayda yeraltı təkanları qeydə alınıb.



Әlaqәli Xәbәrlәr