Qadın aksiyaçı Trampın miqrantlarla əlaqəli siyasətinə etiraz üçün Azadlıq heykəlinin üzərinə çıxdı

ABŞ prezident Donlad Trampın tətbiq etdiyi mühacir siyasəti ölkədə etirazlara səbəb olur.

1006257
Qadın aksiyaçı Trampın miqrantlarla əlaqəli siyasətinə etiraz üçün Azadlıq heykəlinin üzərinə çıxdı
ozgurluk heykeli gocmen protestosu.jpg

ABŞ prezident Donlad Trampın tətbiq etdiyi mühacir siyasəti ölkədə etirazlara səbəb olur.

Uşaqların ailələrindən ayrılmalarına etirazını bildirən bir qadın ABŞ-ın simvolu olan və Nyu-Yorkdakı 93 metrlik Azadlıq heykəlinin üzərinə çıxaraq Trampın mühacirlərlə əlaqəli siyasətinə etirazını bildirib.

Polis qadını uzun müddətli cəhdlərdən sonra aşağı düşməyə qane edib.

Həmçinin Trampın  miqrantlarla əlaqəli siyasətlərini tənqid edən qadın heykələ Mühacir Polis İdarəsinin (ICE) bağladılmasına dair istəyin yazılı olduğu plakatı asıb.  

Polis qadın və 7 aksiyaçını saxlayıb.

4 iyul Müstəqillik bayramına görə daha çox yerli və xarici turistin gəzdiyi Azadlıq heykəli etiraz aksiyaları səbəbindən ziyarətə bağlanıb.

Kaliforniya ştatının San Fransisko şəhərində də  Miqrant və Gömrük Tətbiqi ofisinin qabağında 200 nəfərə yaxın adamın iştirak etdiyi qrup ABŞ hökumətinin mücahir siyasətinə etiraz etmək məqsədilə binanın önündə çadır qurub.



Әlaqәli Xәbәrlәr