Almaniyanın daxili işlər naziri istefa qərarını təxirə saldı

Almaniyada miqrantlarla əlaqəli siyasət mövzusunda baş verən ziddiyət hökuməti dağılma prosesi təhlükəsilə qarşılaşdırdı.

1003572
Almaniyanın daxili işlər naziri istefa qərarını təxirə saldı

Almaniyada miqrantlarla əlaqəli siyasət mövzusunda baş verən ziddiyət hökuməti dağılma prosesi təhlükəsilə qarşılaşdırdı.

İstefaya çıxmaq istəyən daxili işlər naziri Horst Sehofer kansler Angela Merkel ilə son dəfə razılıq əldə etmək üçün görüş keçirəcək.

Koalisiyanın şərikləri Xristian Demokrat Partiya (CDU) və Xristian Sosial Birlik (CSU) arasında miqrantlarla əlaqəli siyasətə görə baş verən böhrandan sonra istefası gündəmə gələn Xristian Sosial Birlik Partiyasının lideri və daxili işlər naziri Sehoferin qərarını təxirə saldığı bildirildi.

Sehoferin istefa edəcəyinə dair xəbərlər ölkə mətbuatında yer tutmuşdu. Bugün səhər radələrində Münhendə açıqlama verən Sehofer istefa etmək istədiyinə dair xəbərləri təsdiqlədi, ancaq “ara addım” olaraq “ razılıq əldə olunması ümidilə” bugün bir daha Xristian Demokrat Partiyası ilə görüş keçirəcəklərini söylədi. Sehofer bundan sonra atılacaq addımların daha sonra müəyyən olacağını vurğuladı.

Qeyd edək ki, kansler Angela Merkel ilə Sehofer arasında bir müddətdir miqrant və sığınacaq məsələsi mövzularında ziddiyyətlər yaşanır.


Etiketlәr: #Almaniya , #miqrant

Әlaqәli Xәbәrlәr