Liviya sahillәrindә 167 miqrant xilas edilib

Bu barәdә Liviya donanmasından verilәn mәlumatda bildirilib.

999661
Liviya sahillәrindә 167 miqrant xilas edilib

Liviya sahillərində həyata keçirilən əməliyyat zamanı 167 qeyri-qanuni miqrant xilas edilib.

Bu barәdә Liviya donanmasından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Liviyanın Sahil Mühafizə Xidməti Guneyme sahillәrindә 75-i qadın, 21-i uşaq olmaqla 167  nəfəri xilas edib.

Xilas edilәnlәrdәn  3-nün Liviya digәrlәrinin isә Afrika ölkәlәrinin vәtәndaşları olduğu bildirilib.

Yerli vә Beynәlxalq mәnbәlәrin mәlumatına әsasәn, Liviyada 24 ölkәdәn gәlәn miqrant var. Bunların 95 %-ni Aralıq dәnizi ölkәlarindәn Avropaya keçmәyә çalışan afrikalılar tәşkil edir.



Әlaqәli Xәbәrlәr