İsrail və Səudiyyə Ərəbistanı liderləri gizlicə görüşüb

İsrailin “Maariv” qəzetində yer alan xəbərə görə...

999462
İsrail və Səudiyyə Ərəbistanı liderləri gizlicə görüşüb

  İsrailin baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İordaniyada gizli görüşdükləri söylənilir.  

 İsrailin “Maariv” qəzetində yer alan xəbərə görə, Netanyahu və Salman İordaniyanın paytaxtı Ammandakı kral sarayında görüşüb.

  Görüş Ağ Evin baş müşaviri Jared Kuşner və Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki nümayəndəsi Ceyson Qrinblattın (Jason Greenblatt) ötən həftə keçirilən Amman səfəri zamanı həyata keçirilib. İordaniya Kralı II Abdulla görüşə vasitəçilik edib.

  Xəbərdə o da yazılıb ki, “ölkə diplomatik deyil, gizli əlaqələrə malikdir”.



Әlaqәli Xәbәrlәr