İordaniyada vergiylə bağlı bütün təbəqələrlə dialoq qurmaq sözü verildi

İordaniyada hökuməti təşkil etmək tapşırılan Ömər er-Rezzaz ədalətli vergi sisteminə çatmaq üçün bütün təbəqələrlə dialoq qurmaq sözünü verib.

988064
İordaniyada vergiylə bağlı bütün təbəqələrlə dialoq qurmaq sözü verildi

   Mübahisəli vergi qanunvericiliyilə bağlı etirazlara görə istefa verən baş nazir Xanı el-Mülkinin yerinə Kral II Abdulla tərəfindən hökuməti qurmaq tapşırılan Rezzaz “twitter” hesabından verdiyi açıqlamada bu ifadələri işlədib: “Hər kəsi qane edən ədalətli vergi sistemi əldə etmək üçün bütün təbəqələrlə dialoq qurmaq və birlikdə çalışmaq öhdəliyini götürürəm".

  Ömər er-Rezzaz bu şəkildə hökumət və vətəndaşlar arasında hüquq və öhdəliklər üzərində qurulmuş ictimai sazişə əsaslanan münasibətlər yaradılmasını istəyib.



Әlaqәli Xәbәrlәr