Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın lideri Kim Çen İn ilə görüşüb

Görüşdə iki ölkə əlaqələri və Koreya yarımadası ətrafındakı son vəziyyət müzakirə edilib.

983117
Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın lideri Kim Çen İn ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyanda  Şimali Koreyanın lideri Kim Çen İn ilə görüşüb.

Görüşdə iki ölkə əlaqələri və Koreya yarımadası ətrafındakı son vəziyyət müzakirə edilib.

Şimali Koreya lideri ilə Rusiya arasındakı ilk rəsmi toplantı olan görüşdə Lavrov Kim Çen İni Rusiyaya səfərə dəvət edib.

Lavrov Şimali Koreyaya səfəri zamanı daha əvvəl Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə danışıqlar aparıb.

Görüşdәn sonra keçirilәn mәtbuat konfransında Lavrov Şimali Koreya ilә ABŞ arasındakı danışıqları qiymәtlәndirib.

Sergey Lavrov çıxışı zamanı bütün tәrәflәrin maraqlarına uyğun olan  müqavilәlәri dәstәklәmәyә hazır olduqlarını vurğulayıb.

“Koreya yarımadasında nüvə böhranı mərhələli həll edilməlidir”,-deyә Rusiyanın xarici işlәr naziri Sergey  Lavrov qeyd edib.



Әlaqәli Xәbәrlәr