Yaralı fələstinlilərdən daha biri şəhid oldu

Qəzza sərhədindəki “Böyük qayıdış yürüşü” nümayişləri zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan daha bir fələstinli şəhid oldu.

982237
Yaralı fələstinlilərdən daha biri şəhid oldu

Qəzza sərhədindəki “Böyük qayıdış yürüşü” nümayişləri zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan daha bir fələstinli şəhid oldu.

Fələstinin Səhiyyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudranın verdiyi yazılı açaqlamada bildirilib ki, Rifah şəhərinin şərq sərhədi yaxınlığında günlər əvvəl yaralanan 23 yaşındakı Naci Qanimi bugün şəhid olmuşdur. Qanim şəhid olmadan əvvəl müalicə üçün Qüdsdəki xəstəxanalardan birinə aparılıb.

Qəzza zolağında 30 mart Torpaq günündən bəridir “Böyük qayıdış yürüşü” devizi altında davam edən sülhməqsədli nümayişlərdə İsrail əsgərlərinin nümayişçilərə atəş açması nəticəsində 110-dan artıq fələstinli şəhid olmuş, minlərləsi isə yaralanmışdır.



Әlaqәli Xәbәrlәr