Fransanın Baş naziri İsrail səfərini ləğv etdi

Fransanın Baş naziri Eduard Filipp (Edouard Philippe) bu ayın sonu üçün planlaşdırılan İsrail səfərini ləğv etdi.

977465
Fransanın Baş naziri İsrail səfərini ləğv etdi

Fransa Nazirlər Kabineti Fransanın Baş naziri Eduard Filippin (Edouard Philippe) 31 may-1 iyun tarixlərində İsrailə edəcəyi səfər haqqında məlumat yaydı.
 
Məlumatda işlərin çoxluğu səbəbindən Baş nazir Filippin İsrail səfərinin ləğv edildiyi qeyd olunur.
 
 Qeyd edək ki, Fransa rəhbərliyi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ölkəsinin İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürmə qərarına reaksiya göstərib, bu adımın bölgədəki  ikidövlətli həllə olan ümidləri puça çıxardığını bildirib.
 
 Fransa Xarici İşlər naziri Jan-İv Le Drian (Jean-Yves Le Drian) : "ABŞ bu qərarla Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrini pozdu və beynəlxalq hüquqa zidd davrandı" deyib.

 

 



Әlaqәli Xәbәrlәr