İngiltərə Xarici İşlər naziri müsəlmanları Ramazan ayı münasibətilə təbrik etdi

İngiltərə Xarici İşlər naziri Boris Conson (Boris Johnson) Ramazan ayının başlanğıcı münasibətilə ismarış yaydı.

972750
İngiltərə Xarici İşlər naziri müsəlmanları Ramazan ayı münasibətilə təbrik etdi

İngiltərə Xarici İşlər naziri Boris Conson (Boris Johnson) Ramazan ayının başlanğıcı münasibətilə ismarış yaydı.
 
 İsmarışında: "Ölkəmizdəki və bütün dünyadakı müsəlmanlara xeyirli ramazan arzulayıram" ifadəsini işlədən Conson ramazanın birlik ruhu ilə yaşanan bir dövr olduğunu vurğuladı.
 
Xarici İşlər naziri: "Ramazan, eyni zamanda, mərhəmət, yardım və fədakarlıq dəyərləri deməkdir. Bunlar  bizi birləşdirən dəyərlərdir. Britaniyalı müsəlmanların İngiltərədə həyatın bütün sahələrinə verdikləri nəhəng töhfələrini vurğulamaq istəyirəm. Sizin, dostlarınızın və qohumlarınızın Ramazan ayı mübarək olsun" deyə qeyd etdi.
 
Xatırladaq ki, İngiltərədə yaşayan  təxminən 3 milyon müsəlman ölkə əhalisinin 4,8 faizini təşkil edir.



Әlaqәli Xәbәrlәr