Liviya xilasediciləri 180 qaçağı qurtardı

Liviya Dəniz Qüvvələrindən verilən yazılı məlumatda bildirilir...

970296
Liviya xilasediciləri 180 qaçağı qurtardı

  Liviya Dəniz Qüvvələrinin liman və sahil təhlükəsizlik qrupları paytaxt Tripoli sahili yaxınlığında rezin qayıqda olan 180 qaçağı xilas etdi.

  Liviya Dəniz Qüvvələrindən verilən yazılı məlumatda bildirilir: sahil təhlükəsizlik qüvvələri xilasedici qrupları aralarında 15 qadın və 7 uşağın olduğu 180 qanunsuz mühaciri xilas edib.

  Tripolinin şərqində, Karapoli şəhərinin 36 mil aralığında reallaşan əməliyyat zamanı qurtarılan qaçqınlar Misir, Suriya və Afrika vətəndaşlarıdır.

  Xilasetmə əməliyyatından sonra qaçaqlar Tripolidəki qaçqın sığınacaq mərkəzinə nəql edilib.



Әlaqәli Xәbәrlәr