"Almaniya olaraq müqaviləyə sadiq qalacağıq", A.Merkel

Almaniya kansleri Angela, Merkel Amerika Birləşmiş Ştatlarının İranla nüvə müqaviləsindən geri çəkilmə qərarına baxmayaraq, ölkəsinin müqaviləyə sadiq qalacağını söylədi.

967610
"Almaniya olaraq müqaviləyə sadiq qalacağıq", A.Merkel

    Xristian Demokrat Birlik Partiyasının (CDU) baş ofisində jurnalistlərin suallarını cavablandıran A.Merkel ABŞ-ın qərarını üzüntü və narahatlıqla qarşıladıqlarını bildirərək deyib: “Almaniya olaraq müqaviləyə sadiq qalacağıq. Bundan sonra İranın da üzərinə düşən məsuliyyətləri yerinə yetirib-yetirmədiyini təqib edəcəyik. Müqavilənin məhdud müddətlidir. Uzunmüddətli həll və İranın nüvə silahını inkişaf etdirməyəcək təminatı üçün danışıqları davam etdirmək lazımdır. İranın dinc məqsədli olmayan nüvə proqramı tətbiq etməməsi bizim üçün önəmlidir. İranın balistik raketlərindən, Yəmən, İraq və Suriyadakı fəaliyyətlərindən narahatıq, barışdırma məsələsində fəal olmasını istəyirik”.



Әlaqәli Xәbәrlәr