Trampın "tweet"lərinin arxasında kim durur?

51 milyondan çox izləyicisi olan Trampın rəsmi "twitter" hesabı dünya gündəmini müəyyən edir.

961207
Trampın "tweet"lərinin arxasında kim durur?

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın "tweet"lərinin arxasında sosial media məsələləri üzrə məsləhətçisi Dan Skavinonun durduğu iddia edildi.

51 molyondan çox izləyicisi olan Trampın rəsmi "twitter" hesabı dünya gündəmini müəyyən edir.

Trampın hesabı tərəfindən əngəllənən bəzi istifadəçilər ABŞ prezidentinin hərəkətlərinin konstitusiyaya zidd olduğunu bildirirlər.

Atılan mesajlarla bağlı  məhkəməyə belə müracətlərlər edilir.

Bu məhkəmə işlərində adı çəkilən şəxslərdən biri də Trampın sosial media məsələləri üzrə məsləhətçisi Dan Skavinodur.

"New York Times" qəzeti Ağ Evin səlahiyyətli şəxslərindən aldığı məlumatlara əsaslanaraq, Skavinonun çalışqan və Trampa sadiq olduğunu qeyd edir.

Skavinonun Trampın  tweetlərinin məzmununa müdaxilə etdiyini iddia edən qəzet bu müdaxilənin hansı ölçüdə olduğunun bilinmədiyini vurğulayır.

Qeyd edək ki, Ağ Evdə Trampdan əvvəl sosial media məsələləri üzrə məsləhətçi vəzifəsi olmayıb. Skavino ilə indiki prezident arasında uzun iilərin dostluq bağı olduğu bildirilir.

 



Әlaqәli Xәbәrlәr