Rusiya Serbiya-Kosovo dialoqunda iştirak etmək istəyir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Serbiya ilə Kosovo arasındakı dialoq prosesinə Amerika Birləşmiş Ştatlarının daxil olması halında ölkəsinin də bu yolla gedə biləcəyini bildirdi.

915677
Rusiya Serbiya-Kosovo dialoqunda iştirak etmək istəyir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Serbiya ilə Rusiya arasındakı diplomatik əlaqələrin qurulmasının 180-ci ildönümü münasibətilə  Belqrada səfər etdi.

Lavrov səfəri çərçivəsində Serbiya prezidenti Aleksandr Vucic ilə görüşdü.

Xarici İşlər naziri Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya ilə Kosovo arasında davam edən dialoq prosesi ilə əlaqədar: "ABŞ dialoqa daxil olarsa, Rusiya da reaksiyasız qalmayacaq. Serbiya tələb edərsə, Rusiyada dialoqa daxil olacaq" dedi.

Serbiya prezidenti Vucic də Avropa İttifaqı üzvü olmağa hazırlaşan Serbiyanın Rusiyaya embarqo tətbiq etməyəcəyini təkrar dilə gətirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr