Rusiya ABŞ-nın iddialarını təkzib edib

ABŞ-na görə Suriyada kimyəvi silah istifadə edilməsinin əsas məsulu rəsmi Moskvadır. Rusiya isə ABŞ-ın bu mövzu ilə əlaqəli iddialarını təkzib edib.

896714
Rusiya ABŞ-nın iddialarını təkzib edib

Rusiya Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı bəyanatında bildirilib ki, ABŞ bu yalanlarla, Soçidə baş tutan Suriya sülh danışıqlarına zərbə endirmək istəyir. Bu iddialar əleyhdə edilən təbliqatdan özgə heç nə deyil.

Qeyd edək ki, ABŞ dövlət departamentinin rəhbəri Rex Tillerson, Fransanın paytaxtı Parisdə verdiyi bəyanatında, Şərqi Qutada dinç sakinlərə istiqamətli kimyəvi silah istifadə edilməsindən Rusiyanı təqsirləndirmişdi.



Әlaqәli Xәbәrlәr