İsrail hökuməti həlak olan İordaniya vətəndaşlarına görə üzr istəyib

İsrail hökuməti 2014 və 2017-ci illərdə həlak olan İordaniya vətəndaşlarına görə üzr istəyib.

891705
İsrail hökuməti həlak olan İordaniya vətəndaşlarına görə üzr istəyib

İsrail hökuməti 2014 və 2017-ci illərdə həlak olan İordaniya vətəndaşlarına görə üzr istəyib.

İordaniyanın PETRA agentliyinin yaydığı məlumata əsasən, İsrail hökuməti 2014-cü ilin mart və 2017-ci ilin iyulunda öldürülən iordaniyalılara görə üzr istəyib.

Açıqlamada İsrail tərəfinin sözügedən məsələ ilə əlaqədar qanuni prosedurlara başlayacağı və ölənlərin ailəsinə təzminat ödəyəcəyi də qeyd edilib.

İsraildə dərc olunan "Haaretz"qəzetinin xəbərində də Tel-Əviv hökumətinin İordaniyanın mövzuyla əlaqəli açıqlamalarını təsdiqlədiyi, İsrailin Əmman Səfirliyinin vəzifəsinə yaxın zamanda başlayacağı bildirilib.



Әlaqәli Xәbәrlәr