Rumıniyanın baş naziri Mixay Tudose istefa verib

Baş nazir Mixay Tudose, Sosial Demokrat Partiyasının (PSD) dünən keçirilən fövqəladə yığıncağından sonra verdiyi açıqlamada vəzifəsindən istefa verdiyini açıqlayıb.

889043
Rumıniyanın baş naziri Mixay Tudose istefa verib

Məlumata görə Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsi qərarından sonra Mixay Tudose istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək. 

Qeyd edək ki, sabiq iqtisadiyyat naziri 51 yaşlı Mixay Tudose ötən ilin iyunundan Rumıniya hökumətinə başçılıq edirdi. 

 

 

 



Әlaqәli Xәbәrlәr