Rusiya İsraili yenə qınadı

Rusiya Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı Qərbi İordan çayının sahillərində yeni binalar inşasına davam etməsinin Yaxın Şərqdə ədalətli və etibarlı sülhə çatmaq ehtiamlını azaltdığını bildirib.

887661
Rusiya İsraili yenə qınadı

    Nazirlikdən edilən yazılı şərhdə yazılır: “Rusiya, Şərqi Qüds də daxil olmaqla, Fələstin torpaqlarındakı İsrail yaşayış məskənlərinin qanunlara zidd olduğunu təkrar edir. İsrailin bu hərəkətləri israillilər və fələstinlilər arasında danışıqlara mane olur. İsrailin yaşayış məskənləri fəaliyyətini davam etdirməsi Fələstin-İsrail probleminin iki dövlətli həll ehtimalına zərbə endirir, Yaxın Şərqdə ədalətli və etibarlı sülhə çatmaq şansını azaldır".

  Qeyd edək ki, İsrail Müdafiə Nazirliyinə bağlı Fələstin Torpaqlarındakı Hökumət Fəaliyyətləri Koordinasiya Qurumu (COGAT) nəzdindəki Mülki İdarə Təşkilatı Qərb İordan çayının sahillərində yəhudi yaşayış məntəqələrinə yüzlərlə əlavə bina inşa etmək qərarını qəbul edib.

  Baş nazir Binyamin Netanyahunun rəhbərliyilə İsrail hökuməti son vaxtlar işğal altındakı Qərbi İordaniya və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasını sürətləndirib.



Әlaqәli Xәbәrlәr