Netanyahunun yaşayış məntəqələrinin ilhaq edilməsinə dair çağırışı

Qanun layihəsi Knessetə təqdim ediləcəyi halda qanun kimi qüvvəyə minə bilməsi üçün Məclisdə üç ayrı iclasda təsqidlənməlidir.

879354
Netanyahunun yaşayış məntəqələrinin ilhaq edilməsinə dair çağırışı

İsrailin baş naziri Binyamin Netanyahunun lideri olduğu Likud Partiyasının Mərkəzi Komitəsi işğal altındakı Fələstin ərazisi olan İordan çayının qərb sahilindəki qeyri-qanuni Yəhudi yaşayış məntəqələrinin İsrailə ilhaq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Qanun layihəsində İordan çayının qərb sahilindəki bütün yaşayış məntəqələrində İsrail qanunlarının və suverenliyinin qüvvədə olması və daha çox yəhudi yaşayış məntəqəsi tikilməsinə imkan yaradılması üçün çağırış edilib.

Qanuni olaraq partiyanın millət vəkilləri üzərində etibarı olmayan qanun layihəsini partiyalı nazir və millət vəkilləri də dəstəkləyib.

Qanun layihəsi Knessetə təqdim ediləcəyi halda qanun kimi qüvvəyə minə bilməsi üçün Məclisdə üç ayrı iclasda təsqidlənməlidir.



Әlaqәli Xәbәrlәr