S-400 raketlərinin təslim tarixi bəlli oldu

Rusiya, Türkiyəyə S-400 raketlərinin təslim edilməsinə dair  bütün  problemlərin  həll  edildiyini   heç  bir  maneənin  qalmadığını bildirib.

873576
S-400 raketlərinin təslim tarixi bəlli oldu

Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin  verdiyi   açıqlamaya  görə   “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair kontrakt üzrə ödənişin bir hissəsi Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək. Komplekslərin tədarükünə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başlanılacağı nəzərdə tutulub. Bütün məsələlər artıq həll edilib. Yaxın günlərdə kontrakt icra mərhələsinə keçəcək. Kontrakt üzrə ödənişin bir hissəsi Türkiyə tərəfinin hesabına, qalanı isə Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək.

 

 



Әlaqәli Xәbәrlәr