Husilərin hücumu nəticəsində dinc vətəndaşlardan ölənlər olub

Yəməndə hakimiyyətdə olan Husilərin ölkənin qərbindəki Əl-Hudeydə şəhərinə etdiyi raket hücumunda dinc vətəndaşlardan üçünün həlak olduğu bildirilib.

866532

Səhiyyə mənbələrinin məlumatına görə, Əl-Havha qəsəbəsində iki nöqtənin hədəf götürüldüyü raket hücumunda biri uşaq olmaqla üç dinc vətəndaş həlak olub.

Hücum nəticəsində qadın və uşaqların da aralarında olduğu bəzi insanların yaralandığı bildirilib, ancaq yaralı sayı haqqında hər hansı məlumat verilməyib.

Husilərdən hücumla əlaqəli hələ də açıqlama yoxdur.

Әlaqәli Xәbәrlәr