Dünyanın ən lüks gəmisinin sərnişinləri zəhərləndilər

Dünyanın ən lüks sərnişin gəmi şirkətlərindən bırı olan 'Royal Carribbean"ın 'Ovation of the Seas' adlı gəmisində səyahət edən 195 nəfər iki həftə davam etməli olan Sinqapur-Avstraliya səfəri əsnasında zəhərləndi.

862378

 Facebook-da paylaşılan bir videoda  limanda sanitar maşınları tərəfindən qarşılanan gəmi personalının  təmizlik paltarında olduqları və üz maskaları taxdıqları görünür.
 
" Royal Caribbean"ın rəsmiləri bununla bağlı açıqlama verərək:"Xəstələr gəmimizin həkimləri tərəfindən müalicə edilib və yaxın zamanda bütün qonaqlarımızın özlərini daha yaxşı hiss edəcəklərinə ümid edirik. Başqa problemlərin ortaya çıxma riskini minimuma endirmək üçün sanitar tədbirləri gördük. Xəstəliyin yayılmasının qarşısını almaq üçün gəmi dezinfeksiya ediləcək " dedi.
 
 Verilən məlumatlara görə, beş sərnişin Royal Hobart Xəstəxanasında müalicə olunub.
 
Qeyd edək ki, robot barmenlərin olduğu və dünyanın ən yüksək göyərtəsinə malik olan gəmidə  15 restoran və doqquz bar var.
 
 Avstraliya sularındakı ən böyük gəmi cümə günü Sidneyə gələcək.

Әlaqәli Xәbәrlәr