Nigeriyada terror aktı törədilib

Nigeriyanın Şimal-şərq bölgəsində həyata keçirilən hücum nəticəsində 14 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.

848822
Nigeriyada terror aktı törədilib

Hücum Adamawa əyalətinin Madaqali şəhərində törədilib. Şəhərin icra başçısı Adamu Kamale hadisə ilə əlaqəli mətbuata verdiyi açıqlamada, bir komikadzenin  özünü partlatdığı   hadisədən  sonra, terrorçuların  bölgədə xeyli sayda evi yandırdığını, iki saat qədər ətrafa atəş etdiklərini bildirib.

Digər tərəfdən, Madaqalı yaxınlığında yerləşən Sabon Qari və Kafin Hausada yaşayanların bölgəni tərk etdikləri bildirilir.



Әlaqәli Xәbәrlәr