"Türkiyə hökumətiylə dialoq qurulmasına ümid edirik’’

Bunu ABŞ Dövlәt Departamentinin sözçüsü Heather Nauert  deyib.

825990
"Türkiyə hökumətiylə dialoq qurulmasına ümid edirik’’

ABŞ Dövlәt Departamentinin sözçüsü Heather Nauert  Türkiyə və ABŞ arasında yaşanan viza böhranına dair: "Türkiyə hökumətiylə dialoq qurulmasına ümid edirik. Daha əvvəl Türkiyə hökuməti və bizim hökumətimiz çox sayda müxtəlif mövzularda iclas keçirdi" deyib.

ABŞ Dövlәt Departamentinin sözçüsü  Heather Nauert  gündəlik mətbuat toplantısında Türkiyə və ABŞ arasında yaşanan viza böhranı  ilә bağlı sualları cavablandırıb.

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dünәnki çıxışında ABŞ və Türkiyə arasındakı münasibətləri qiymәtlәndirmәsi ilә bağlı sualı cavablandıran Sözçü Nauert  dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğanın çıxışını eşitmədiyini lakin çıxışla bağlı  "bəzi şərhləri"  eşitdiyini  ifadə edib.

Heather Nauert  " Türkiyə hökumətiylə dialoq qurulmasına ümid edirik.  ABŞ dövlәt katibi Reks Tillerson dünən Türkiyәli  həmkarı ilә telefon әlaqәsi saxladı. Daha əvvəl Türkiyə hökuməti və bizim hökumətimiz müxtəlif mövzularda  görüş keçirdi" deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr