Wi-Fi hər yerdə olacaq, həm də pulsuz

Avropa İttifaqı Şurası üzv ölkələrdə açıq yerlərdə pulsuz internet təşkil etmək barədə razılığa gəldi.

823414
Wi-Fi hər yerdə olacaq, həm də pulsuz

   Avropa İttifaqı Şurası bələdiyyə, xəstəxana və parklar kimi ictimai yerlərdə pulsuz internet qurğuları layihəsi üçün üzv dövlətlərin təsdiqini aldı. Buna görə Aİ Wi-Fi (WiFi4EU) layihəsinə 2019-cu ilə qədər 120 milyon avro ayrılır.

  İnternet bağlantısının məhdud və sıxıntılı olduğu bölgələrdə, ictimai yerlərdə 6 min pulsuz internet qurğusu qurulacaq.

  İnternet qurğularının qurulması və lazımi avadanlıqların alınması xərcləri Aİ tərəfindən ödənilir. Layihə 2017-ci ilin sonunadək başlanacaq.



Әlaqәli Xәbәrlәr