İspanlar və katalonlar "Danışaq" çağırışı etdilər

İspaniyada minlərlə adam ölkənin şərqindəki Kataloniya Muxtar İdarəçiliyində müstəqillik tərəfdarı olanların yol açdığı siyasi, iqtisadi və sosial gərginliyə qarşı meydanlara çıxaraq "Dialogo", yəni "Danışaq" adlı aksiya keçirib.

822350
İspanlar və katalonlar "Danışaq" çağırışı etdilər

  Kataloniya başda olmaqla İspaniyanın bir çox bölgəsində təşkil olunan aksiyalar bələdiyyə binalarının qarşısındakı meydanlarda olub. Aksiyalarda bayraq qaldırmayan və siyasi şüarlardan uzaq olmağa çalışan ispanlar siyasətçilər arasında dialoq yolunun açılmasına diqqəti çəkmək üçün ağ paltarlar geyinib.

  Prezident İqamətgahının yerləşdiyi Barselonanın Jaume Meydanını dolduran izdiham ispan və katalan dillərində “Gəl, danışaq” adlı yazılı plakatlar daşıyıb və minlərlə insan: "Siyasətçilər, belə çox davam edə bilməz, çünki bizi qarşı-qarşıya gətirib bölürlər. Bu ölkə bir dəfə vətəndaş müharibəsi yaşadı. Bir daha buna yol verməyək" dedi.

  Barselona Bələdiyyəsi, Kataloniya Muxtar Rəhbərliyindən başqa paytaxt Madriddə də həm "Danışaq", həm də "İspaniya üçün birlik" şüarları səslənib. Madrid Bələdiyyəsi önündə toplaşan ağ paltarlılar siyasətçilərə dialoqa getmək çağırışı edib.

  İspan bayraqları ilə Kolon Meydanına toplaşan insanlar isə Kataloniyadaki müstəqillik təşəbbüslərinə qarşı şüar atıblar.



Әlaqәli Xәbәrlәr