Türkiyə HAMAS-ın qərarını məmnunluqla qarşıladı

HAMAS İsrailin mühasirəsindəki Qəzzada daha əvvəl qurduğu idari komitəni Fələstin siyasətinin bölünmüş vəziyyətini sona çatdırmaq üçün ötən gün ləğv etdiyini bəyan etdi.

809045

Türkiyənin Xarici İşlər Nazirliyi HAMAS tərəfindən qəbul edilən və fələstinlilər arasında razılaşma baxımından önəmli addım təşkil edən açıqlamanın məmnunluqla qarşılandığı bildirilib.  

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, fələstinli qardaşlarımızın vahidliyinin təmini istiqamətində ortaya çıxan bu fürsətin dəyərləndirilməsi üçün bütün tərəflərə çağırış edirik. Razılıq əldə olunması prosesinin təcili nəticələndirilməsi iki dövlətli həll və bölgənin sabitliyi cəhətdən əhəmiyyət daşıyır.

Həmçinin Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsi cəhdləri çərçivəsindəki fələstinlilər arasında razılıq əldə olunması prosesinə dəstəyinin davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, HAMAS-ın açıqlamasında Qəzzadakı idari komitənin ləğv olunduğu elan edilmişdi.

Әlaqәli Xәbәrlәr