Yəməndə mülki vətəndaşların ölüm hallarında artım qeydə alındı

Zeid Raad əl-Hüseyn Yəməndə Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələrinin hücumlarına görə mülki vətəndaşların ölüm hallarının artdığına diqqət çəkib.

804899
Yəməndə mülki vətəndaşların ölüm hallarında artım qeydə alındı

BMT-nin insan hüquqları üzrə komissarı Zeid Raad əl-Hüseyn bunu bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında etdiyi çıxışda dilə gətirdi.

Ali komissar Zeid Raad əl-Hüseyn Yəməndə dünyanın ən ciddi humanitar böhranlarından birinin yaşandığına diqqət çəkib.

Yəmən prezidenti Abdurabbu Mənsur Hadi də bir jurnalistə verdiyi bəyanatda bildirib ki, şiə husilərin sülh məqsədli həll yolunun qəbul edilməməsi səbəbindən Yəməndəki böhranın sona çatdırılması üçün hərbi həll yolu seçimi ön plana çıxır.

Hadi ABŞ-ın hərbi, Avropanın isə siyasi həll yolundan tərəf olduğunu söyləyib.

BMT-nin yaydığı son hesabata əsasən, Səudiyyə Ərəbistanının başçılığındakı koalisiyanın təşkil etdiyi hava hücumları nəticəsində Yəməndəki toqquşmalarda ölən mülki şəxslərin sayı 5 144-ə çıxıb.

Qeyd edək ki, Yəməndə müharibə 3 ildir davam edir. Ölkədə strukturun məhv olmasından asılı yoluxucu xəstəliklərin də baş verdiyi ölkədə vəba epidemiyasından da keçən ildən bəridir 2 mindən artıq insan hilak olub, 650 min adam isə xəstələnib.



Әlaqәli Xәbәrlәr