Cənubi Koreya lideri Vladimir Putini Amur pələnginə bənzətdi

Cənubi Koreya lideri Moon Jae-in Rusiya prezidenti Vladimir Putinin ruhunu müqəddəs Amur pələnginin ruhuna bənzətdi.

802954
Cənubi Koreya lideri Vladimir Putini Amur pələnginə bənzətdi

Vladivostokda Şərq İqtisadiyyatı Forumunda (EEF) çıxış edən Cənubi Koreya lideri Moon Jae-in Rusiyanın Uzaq Şərq bölgəsindən danışarkən belə bir cümlə işlətdi: "Biz koreyalılar pələngləri müqəddəs heyvan hesab edirik və onları çox sevirik. Bir sıra insana görə də, cənab prezident, sizin ruhunuz Amur pələnglərinin ruhuna bənzəyir" 

Moon öz adındakl "in" sözünün mənasının da "pələng" olduğunu bildirərək "Beləliklə, birlikdə Uzaq Şərqi uğurla inkişaf etdirəsəyik" ifadələrini işlətdi.

Putin ilə Moon forum çərçivəsində bir-birinə hədiyyə təqdim etdilər. Moon Putinə Cənubi Koreya ənələri əsasında hazırlanmış tilov bağışladı. Putin də Moona XIX əsr Cənubi Koreya Joeson xanədanlığından qalma qılınc hədiyyə etdi.

 

 



Әlaqәli Xәbәrlәr