Nigeriya naziri qaçırılıb

Nigeriyanın Kaduna əyalətinin Təhsil, Elm və Texnologiya naziri Con Qorah (John Gorah) fidyəyə görə qaçırılıb.

801746
Nigeriya naziri qaçırılıb

  Nazirliyin Ali Təhsil Şöbəsinin müdir müavini Steven Haruna jurnalistlərə bildirib ki, “Qorah vilayətdə Mararaban Rido əyalətində evinə gələn adamlar tərəfindən qaçırılıb. Təhlükəsizlik qüvvələri Qorahı tapmaq üçün işə başlayıb.”

  Nigeriyanın bir çox əyalətində adam qaçıranların edam cəzasına məhkum edilməsinə baxmayaraq fidyə üçün adam qaçırma hadisələrinin qarşısı hələ də alına bilmir.



Әlaqәli Xәbәrlәr