Fransada terror həyəcanı

Ölkənin İspaniya sərhədinə yaxın şəhərlərindən Nimesdəki dəmir yolu vağzalı boşaldıldı.

793213
Fransada terror həyəcanı

İspaniyadakı qanlı hücumdan sonra Fransa da terror həyəcan siqnalı verdi.
 
 Ölkənin İspaniya sərhədinə yaxın şəhərlərindən Nimesdəki dəmir yolu vağzalında sərnişinlər Parisdən Nimesə gedən sürətli qatarda  3 nəfər silahlının olduğunu bildirdilər.
 
Xəbər alındıqdan dərhal sonra Nimes dəmir yolu vağzalı boşaldıldı.
 
 Bu istiqamətdəki reyslər  təxirə salındı.
 
 Rəsmiləri əməliyyatda toqquşma olmadığını, bir nəfər şübhəli şəxsin nəzarətə alındığını bildirdilər.



Әlaqәli Xәbәrlәr