22 xarici ölkənin vətəndaşları zərər çəkib

İlkin məlumata əsasən, İspaniyanın Barselona şəhərində baş vermiş terror aktı nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib.

792647
22 xarici ölkənin vətəndaşları zərər çəkib

İlkin məlumata əsasən, İspaniyanın Barselona şəhərində baş vermiş terror aktı nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib.

Həmin şəxslərin Fransa, Almaniya, Niderland, Argentina, Venesuela, Belçika, Peru, Rumıniya, İrlandiya, Kuba, Yunanıstan, Makedoniya, Böyük Britaniya, Avstriya, Pakistan, Kanada, Ekvador, ABŞ, Filippin, Küveyt, Türkiyə və Çin vətəndaşları olduqları bildirilib.

Bundan əvvəl yerli hakimiyyət 18 dövlətin vətəndaşlarının zərər çəkdiyini açıqlamışdı.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr