Fələstinli məhbuslar tibbi səhlənkarlığa məruz qalır

İsrail həbsxanalarında fələstinli məhbuslar tibbi səhlənkarlığa məruz qalır.

789689
Fələstinli məhbuslar tibbi səhlənkarlığa məruz qalır

İsrail həbsxanalarında fələstinli məhbuslar tibbi səhlənkarlığa məruz qalır.

Aralarında Fəth Hərəkatı, Həmas, İslami Cihad, Fələstin Azadlıq Cəbhəsi, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi səlahiyyətlilərinin də olduğu fələstinli qruplar Qəzzadakı Beynəlxalq Qızıl Xaç Təşkilatı binası qarşısında mətbuata birgə açıqlama verib.

Fələstin qruplarının sözçüsü Yasir Salih İsrail həbsxanalarında yaşayan məhbus sayının 500-ə çatdığını ifadə edərək bildirib ki, fələstinli məhbuslar müxtəlif xəstəliklərdən şikayətlənir. İsrail həbsxanalarındakı fələstinli məhbuslar qəsdən tibbi laqeydliyə məruz buraxılır.

İsrailin bu cür tətbiqlərinə son qoyulması və məhbusların sağlamlıqlarına diqqət yetirilməsi üçün beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edən Saleh İsrail həbsxanalarındakı fələstinlilərin əmin-amanlığından İsraildəki həbsxanalar üzrə idarənin məsul olduğunu vurğulayıb.

Fələstin rəsmilərinin məlumatlarına görə, İsrail həbsxanalarında təxminən 7 min fələstinli məhkum var.



Әlaqәli Xәbәrlәr