Avropa güclü yanğınlarla qarşı-qarşıyadır

Avropanın cənubunda isti və quru hava şəraitinə görə yenidən meşə yanğınları başlayıb. Yanğınlar Yunanıstanda, Portuqaliyada və Fransanın Korsika adasında müşahidə olunur.

789723

Portuqaliyada 4000 yanğınsöndürən 250 yerdə yanğınla mübarizə aparır. Ölkə Avropa İttifaqının digər üzvlərindən yardım istəyib. Fransanın Korsika adasında 21 hektar sahədə meşə yanğını isə artıq söndürülüb.

Yunanıstanın paytaxtı Afinadan 44 kilometr məsafədə Kalamos şəhərinin yaxınlığında 20 ev yanıb, iki uşaq düşərgəsi boşaldılıb, nəqliyyatın hərəkəti dayandırılıb. Ölkənin Zakynthos adasında da 12 yanğından 10-na hələ də nəzarət edilə bilməyib. Ölkə miqyasında 53 fərqli bölgədə başlayan yanğınlar 3 gündür davam edir.

İspanyada isə Sevillada (Seviya) meşəlik bölgədə yağın başlayıb. Bölgədəki yanğınsöndürmə fəaliyyətlərinin davam etdiyi bildirilir. Həmin məqsədlə bölgəyə 18 təyyarə cəlb olunub.

Әlaqәli Xәbәrlәr