Hamburqda “İyirmilik” qrupu ölkələrinin iki günlük sammiti başladı

G20-nin növbəti sədri və Almaniya kansləri Angela Merkel sammitin kəçirildiyi Hamburq Sərgi Konqresinin Mərkəzində qonaqlarını qarşılayıb.(yenilənib)

766530
Hamburqda “İyirmilik” qrupu ölkələrinin iki günlük sammiti başladı
G20 başladı3.jpg
G20 başladı 1.jpg
g20 basladı.jpg

G20-nin növbəti sədri və Almaniya kansləri Angela Merkel sammitin kəçirildiyi Hamburq Sərgi Konqresinin Mərkəzində qonaqlarını qarşılayıb.

Qarşılama mərasimindən sonra “İyirmilik” qrupunun liderləri “Terrorla mübarizə” mövzulu yığıncaqda bir araya gəliblər.

Həmin yığıncaqda Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İniltərənin Baş naziri Threresa Mey, Argentina Dövlət başçısı Mauricio Macri və ABŞ prezidenti Donald Tramp iştirak ediblər.

Dövlət başçısı Ərdoğan, İngiltərnin Baş naziri Mey və Trampın qarşılıqlı dialoqları da diqqət mərkəzində olub.

Mətbuata qapalı keçirilən yığıncaq iki saat yaxın davam edib. Yığıncaqdan sonra rəsmi qarşılama və ailə şəkli çəkdirilib. Bu zaman Dövlət başçısı Ərdoğanın sağında Rusiya prezidenti Putin ilə Çin Dövlət başçısı dayanıb. 

Liderlər daha sonra “Qlobal inkişaf və ticarət” başlıqlı birinci çalışma iclasında qatılıblar.

“Davamlı inkişaf, iqlim və enerji” mövzulu ikinci çalışma iclasından sonra axşam radələrində liderlər və yoldaşları Əlbpilharmonie konsərt zalında klassik musiqi konsertində iştirak edəcəklər.

Sammitin ikinci günü Afrikanın inkişafı, planetdə aclığın nəticələrinin aradan qaldırılmasına kömək göstərilməsi, cəmiyyətdə qadınların rolunun artırılması mövzuları müzakirəyə çıxarılacaq.

Sammitin bağlanış iclasından sonra isə “İyirmilik” qrupun sədrliyinin mətbuat konfransı keçiriləcək.

Almaniyanın “Bir-birinə sadiq bir dünya yaratmaq” şüarı ilə keçirdiyi sammitdə gündəmdə yer tutan mövzulardan başqa terrorla mübarizə, Suriya və Ukraynadakı böhran kimi beynəlxalq mövzuların da müzakirə olunması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr