"Qətər mühasirədə olduğu bir vaxtda hər hansı dialoq prosesi olmayacaq"

Qətərin Xarici İşlər naziri Məhəmməd əl-Tani ərəb ölkələri sanksiyalara son qoymamış dialoq üçün görüşməyəcəklərini bildirib.

756363
"Qətər mühasirədə olduğu bir vaxtda hər hansı dialoq prosesi olmayacaq"

Qətərin Xarici İşlər naziri Məhəmməd əl-Tani ərəb ölkələri sanksiyalara son qoymamış dialoq üçün görüşməyəcəklərini bildirib.

Əl-Tani paytaxt Dohada jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Qətər mühasirədə olduğu bir vaxtda hər hansı dialoq prosesi olmayacaq. Görüş prosesinin başlanması üçün əlaqələri kəsən ölkələr tətbiq etdikləri mühasirəyə son qoymalıdır.

İndiyədək bu istiqamətdə bir addımın atılmadığını bildirən nazir “Əl-Cəzirə” telekanalının taleyi kimi mövzuların ölkənin daxili işləri olduğunu, belə mövzularla əlaqəli olaraq isə ehtimal olunan dialoq prosesində bazarlıq edilə bilməyəcəyini vurğulayıb.

Əl-Tani ehtimal olunan dialoq görüşlərilə bağlı isə indiyədək ölkəsinə bu barədə hər hansı istəyin bildirilmədiyini deyib.



Әlaqәli Xәbәrlәr