Humanitar yardım aparan yük maşınlarına bombalı hücum

Yəmənə humanitar yardım aparan yük maşınlarına bombalı hücum olub.

753732
Humanitar yardım aparan yük maşınlarına bombalı hücum

Yəmənə humanitar yardım aparan yük maşınlarına bombalı hücum olub.

Mərkəz qərargahı Səudiyyə Ərəbistanında olan Kral Salman adına Yardım və Humanitar işlər üzrə Mərkəzin Yəmənə göndərdiyi 3 humanitar yardım TIR-na  bombalı hücum olub.

Yəmən xəbər agəntliyi “SABA”nın məlumatına əsasən, mərkəzə məxsus humanitar yardımları daşıyan 3 TIR Marib və Sanaya bağlı Nihm qəsəbəsini birbirinə bağlayan yoldakı TIR anbarında yüklərini boşaltmaq üçün dayandığı zaman hücum edilib. Anbarda yerləşdirilmiş bombanın partlaması nəticəsində yanan TIR-dakı ərzaq və yardım əşyaları məhv olub.

Mərkəzdən yayımlanan açıqlamada bildirilib ki, belə hücumlar Yəmən xalqına edilən yardımlara mane olmayacaqdır. İllərdir sabitsizliyin hökm sürdüyü Yəməndə Husilər və onlara dəstək olan sabiq prezident Əli Abdulla Saleh tərəfdarları ilə qünuni hökumət qüvvələri arasındakı toqquşmalar ölkə miqyasında müxtəlif bölgələrdə davam edir. BMT-nin məlumatına əsasən, Yəmən əhalisinin üçdə iki hissəsini təşkil edən 18 milyon insan yardıma möhtacdır.

Digər tərəfdən BMT Yəməndə 140 mindən artıq nəfərin vəbaya yoluxduğunu, min nəfərin isə xəstəlikdən öldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr