"Adamlar, vəkillər və məhkəmələr nə deyirsə desin..." D.Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Londondakı terror hücumundan sonra ictimai media üzərindən bəzi müsəlman ölkələri vətəndaşlarına səyahət qadağası fikrini yenidən dilə gətirib.

746184
"Adamlar, vəkillər və məhkəmələr nə deyirsə desin..." D.Tramp

  Tramp bu gün səhər (04.06.2017) paylaşdığı mesajda 7 ölkə vətəndaşlarına gətirilən səyahət qadağasının lazımlı olduğu fikrini müdafiə edib və Ali Məhkəmənin etirazlarına baxmayaraq, lazım olan addımların atılacağına eyham vurub: "Adamlar, vəkillər və məhkəmələr nə deyirsə desin, səyahət qadağası olmalıdır."

  ABŞ prezidenti məhkəmə nəticəsi nə olursa olsun, ölkəyə girişlərdə ətraflı təhlükəsizlik tədbirlərinin artırılacağını da söyləyib.



Әlaqәli Xәbәrlәr