Belçikada səhiyyə və sosial xidmət sektoru işçiləri etiraza qalxdı

Belçikada səhiyyə və sosial xidmət sektoru işçiləri daha yaxşı iş şərtləri və maaşlarını artırma tələbiylə etiraz nümayişi təşkil etdi.

744068
Belçikada səhiyyə və sosial xidmət sektoru işçiləri etiraza qalxdı

  Müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə paytaxt Brüsselin mərkəzindəki “Barricades” meydanında 2 minə qədər nümayişçi bir araya gəldi.

  Xəstəxana, qocalar evi kimi qeyri-kommersiya təşkilatların işçiləri federal hökumətdən iş şəraitinin yaxşılaşdırması və maaşlarını artırma tələbləri etdi.

  Etirazçılar üzərində "Keyfiyyətli xidmət" yazılı plakatlar daşıdı, hökumət əleyhinə şüarlar səsləndirdi. Amma təxminən 3 saat davam edən nümayiş heç bir hadisə baş vermədən sona çatdı.



Әlaqәli Xәbәrlәr