Stockholmda törədilən terror aktında ölənlərin sayı 5 oldu

İsveçin paytaxtı  Stockholmda yük maşını ilə törədilən terror hücumunda ölənlərin sayı 5-ə çıxdı.

722284
Stockholmda törədilən terror aktında ölənlərin sayı 5 oldu

İsveç polisi bu ayın əvvəlində Stockholmda törədilən terror aktında yaralanan İsveç vətəndaşı 60 yaşlı qadının vəfat etdiyi barədə məlumat yaydı.

Xatırladaq ki, aprelin 7-də  Stockholmun mərkəzində nəqliyyata qapalı olan Drottning prospektində yerli saatla 15.00 radələrində yük maşını mağazaya girmişdi.

İsveç polisi hücumun 39 yaşlı Rəhmət Akilov adlı Özbəkistan vətəndaşı tərəfindən törədildiyini açıqlamışdı.

 

 



Әlaqәli Xәbәrlәr