Le pen partiyadakı vəzifəsinə vida edir

Fransada bazar günü keçirilən prezident seçkisində ikinci turda yarışacaq olan Marine Le Pen, Milli Cəbhədəki vəzifəsindən ayrılır. O, milli cebhənin prezidenti idi.

719750
Le pen partiyadakı vəzifəsinə vida edir

Le Pen, bu qərarını France 2 televiziya kanalına verdiyi açıqlamada bildirib.

Prezident seçkilərinin ilk turunda bülletenlərin 24,01% toplayan Yüksəliş Hərəkatının lideri Emmanuel Macrondan sonra, 21,3% bülleten ilə ikinci qalib namizəd olan Le Pen, yanvar 2011-ci ildən bəri partiyanın lideri idi.

2015-ci ildəki regional seçkilərdə təxminən 6,8 milyon seçicinin dəstəyini toplayan Milli Cəbhəyə prezident seçkisində dəstək verənlərin sayı təxminə bir milyon artıb.



Әlaqәli Xәbәrlәr