Moqadişuda terror aktı törədilib, 8 nəfər ölüb

Somalinin paytaxtı Moqadişuda, bir otelin qarşısında bomba  ilə təchiz  edilmiş   avtomobilin  partladılması nəticəsində 8  nəfər   həyatını  itirib.

690450
Moqadişuda terror aktı törədilib, 8 nəfər ölüb

Məlumata  görə  hökumət rəsmiləri və xarici turistlərin də qaldığı otelin qarşısında törədilən  hadisə   nəticəsində  5  nəfər   də yaralanıb.

Vedcer səmtində də, ordu birləşmələrinin  təlim  keçdikləri  bir hərbi   təlim  mərkəzinin   yaxınında   bomba yerləşdirilmiş  avtomobillə təşkil edilən intihar hücumunda, 2 nəfər ölüb, ikisi əsgər 4 nəfər də yaralanıb.

Hadisələrə  görə    məsuliyyəti  hələ  də    üzərinə   götürən  olmayıb. 2004-cü ildə yaradılan  Şebab təşkilatı üzvləri, paytaxt Moqadişu daxil  olmaqla  müxtəlif şəhərlərdə otelləri, hökumət təşkilatları və təhlükəsizlik qüvvələrini  hədəf alan hücumlar təşkil edirlər.

 



Әlaqәli Xәbәrlәr