Avtobusun aşması nəticəsində 33 nəfər ölüb

Tayvanda, turistləri daşıyan avtobusun aşması nəticəsində 33 nəfər həyatını itirib.

672027
Avtobusun aşması nəticəsində 33 nəfər ölüb

Focus Taiwanın məlumatına görə, qəza, dünən adanın cənubundakı Yilan-Nanqanq rayonlarını bir-birinə bağlayan şosedə baş verib.

Məlumata görə qəza zamanı avtobusda 44 nəfər olub. Onlardan 33-ü həyatını itirib, 2-si ağır olmaqla 11-i də yaralanıb.

Qəzaya ilkin səbəb kimi sürücünün sürət həddini aşması göstərilir.



Әlaqәli Xәbәrlәr