Martin Schulz Angela Merkelin ciddi rəqibi oldu

Kansler vəzifəsinə dördüncü dəfə namizəd olan Xristian Demokratların lideri Angela Merkelin işi bu dəfə asan olmayacaq.

668796
Martin Schulz Angela Merkelin ciddi rəqibi oldu

Almaniyada sentyabr ayında keçiriləcək kansler seçkilərindən əvvəl siyasi kulislərdə canlanma var.
 
 Kansler vəzifəsinə dördüncü dəfə namizəd olan Xristian Demokratların lideri Angela Merkelin işi bu dəfə asan olmayacaq.
 
 Sosial Demokrat rəqibi Martin Schulz Merkelin planlarını çətinə saldı.
 
Dünya  Martin Schulzu Avropa Parlamentinin sədri kimi tanıyıb.
 
 Almaniyada Almanya-Hollandiya-Belçika sərhədində Şimali Ren Westfalya bölgəsində yerləşən Hehlrath şəhərində doğulan Schulzun universitet təhsili yoxdur.
 
 Yaşadığı qəsəbədə bukinist kitab mağazası açan Schulz sonra orada bələdiyyə sədri  olub.
 
Schulz 1994-cü ildə Avropa Parlamentinə seçilib, 2012- 2017-ci illər arasında Parlamentə sədrlik edib.
 
 Bu vəzifədə olarkən verdiyi müsahibələr ilə bağlı Türk ictimaiyyitinin etiraz reaksiyasına səbəb olan Schulz prezident Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə məruz qalıb.

Beş il Avropa Parlamentinin sədri vəzifəsini icra edən  Schulz siyasi fəaliyyətinə ölkəsində davam edəcəyini bildirib.
 
 Merkelin partiyası ilə müqayisədə daha az şansı olan Sosial Demokrat Partiyası "xilasedici kəmər"  olaraq  kansler seçkilərində Schulzun namizədliyini irəli sürdü. 
 
Merkel isə 12 ildir kansler vəzifəsini icra edir.
 
 Fizika  üzrə fəlsəfə doktoru olan Merkel 1990-cı ildə siyasi fəaliyyətə başlayıb.
 
 İki Almaniyanı birləşdirən kansler Helmut Kohlun yanında siyasətçi kimi yetişən Merkel kansler olduğu dövrdə xüsusilə, iqtisadi sahədə uğurlar əldə edib,   qapıları qaçqınların üzünə açdığı üçün isə çox tənqid edilib.
 
 Mühacir siyasəti məsələsi ilə bağlı 1,5 il ərzində beş dəfə Türkiyəyə səfər edən MerkelinTürkiyə ilə yaxın əlaqəsi siyasi rəqiblərində narahatlıq doğurub.
 
 Bu günlərdə Martin Schulz Merkelin ciddi rəqibinə çevrilib.
 
 Schulz  kansler vəzifəsinə namizəd olduqdan sonra Sosial Demokrat Partiyasının (SPD) sıraları böyüdü.
 
Partiyanı tərk edənlər də geri dönməyə başladılar.
 
Aparılan sorğuların nəticələri də SPD-yə olan marağın artdığını göstərir.
 
 Son ictimai yoxlamda SPD-nin səslər 8 faiz artdı.
 
 Merkellə müqayisədə daha emosional danışan Schulzun seçki kampaniyalarında təsirini daha da artıracağı gözlənilir.
 
Seçkilərədək  nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir.

Lakin  Martin Schulzun qalmaqalları da unudulmayıb.
 
Schulz Avropa Parlamentinin sədri olduğu dövrdə Almaniyada seçki kampaniyasına qatılmış, SPD üçün səs istəmişdi. Məzuniyyətdə olduğu dövrdə Avropa Parlamentindən yol xərcləri  alması da səs-küyə səsbəb olmuşdu.
 



Әlaqәli Xәbәrlәr