İsrail beynəlxalq ictimaiyyətin düşüncəsinə əhəmiyyət vermədiyini göstərdi

İsrail İordan Çayının Qərb Sahilində 2 min 500 yeni mənzil tikintisinə dair lahiyəni təsdiqləyib.

658447
İsrail beynəlxalq ictimaiyyətin düşüncəsinə əhəmiyyət vermədiyini göstərdi

Fələstin İsrailin İordan Çayının Qərb Sahilində 2 min 500 yeni mənzil tikintisinə dair lahiyəni təsdiqləməsini “Beynəlxalq ictimaiyyətin düşüncəsinə əhəmiyyət verməmək” olaraq dəyərləndirib.

Fələstinin rəsmi xəbər agəntliyi “VAFA”nın məlumatına əsasən, Dövlət idarəsinin sözçüsü Nəbil Əbu Rudeyne verdiyi açıqlamada İsrailin bu qərarını pislədiklərini və bunun bir sıra nəticələr doğuracağını söyləyib.

Yaşayış məntəqələrində tikinti işlərinin davam etdirilməsinin sabitliyin və təhlükəsizliyin bərpası istiqamətindəki təşəbbüslərə mane olacağını, terror və radikal hərəkətləri artıracağını ifadə edən Əbu Rudeyne bildirib ki, bu qərar ərəb aləmi və beynəlxalq aləmi heçə saymaq, ixtilaf salmaq və meydan oxumaqdır. Hal-hazırda gözlənilən şey bu meydan oxuma qarşısında ciddi mövqey ortaya qoymaqdır.

Türkiyə də İsrailin işğalında olan Fələstin torpaqlarında yaşayış məskənlərinə əlavə 2 min 500 mənzil tikilməsini təsdiqləməsini sərt şəkildə pisləyib.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, İsraili beynəlxalq hüququ və insan haqlarını heçə sayaraq iki dövlətli həll yolu səçimini təxrib edən bu problemli anlayışı təkidlə davam etdirməkdən imtina etməyə çağırırıq. .

BMT də İsrailin qeyri-qanuni yaşayış məskənlərinin tikintisini təsdiqləməsindən narahatlığını dilə gətirib.

BMT baş katibinin sözçüsü Stephan Dujarric İsrailin sülhə mane olan tək tərəfli əməliyyatlarının narahatlıq doğurduğunu dilə gətirərək bildirib ki, Baş katibin iki dövlətli həll seçimindən başqa bir “B planı” yoxdur.

Ərəb Dövlətləri Liqası da yazılı açıqlama yarayaraq, İsrailin yeni yaşayış məskənlərinin tikintisini təsdiqləmə qərarını pisləyib və bunu açıq şəkildə beynəlxlaq aləmin iradəsinə meydan oxumaq və beynəlxalq qanunlara qarşı davam edən ciddi pozuntu kimi dəyərləndirib.

İsrailin baş naziri Benyamin Netanyahu ötən gün işğal altındakı İordan Çayının Qərb Sahilində yerləşən Yəhudi yaşayış məskənlərindən əlavə 2 min 500 yeni mənzilin tikilməsini təsdiqləmişdi.



Әlaqәli Xәbәrlәr