Braziliyada sarı qızdırma nəticəsində həlak olanların sayı 47-yə çatıb

Sarı qızdırma təhdidinin artması qarşısında ölkədə 180 günlük fövqəladə vəziyyət elan edilib.

652776
Braziliyada sarı qızdırma nəticəsində həlak olanların sayı 47-yə çatıb

Cənubi Amerika ölkəsi Braziliyada Minas-Jerays ştatında  son iki həftədə yayılan sarı qızdırma nəticəsində həlak olanların sayı 47-yə çatıb.

Sarı qızdırma təhdidinin artması qarşısında ölkədə 180 günlük fövqəladə vəziyyət elan edilib.

Ölkədə hazırda152 mümkün yoluxma halı aşkar olunub.

Hazırda 24 ştat ərazisində bu xəstəliyə yoluxma hadisəsi qeydə alınıb. Ən həyəcanlı vəziyyət 12 şübhəli ölüm hadisəsinin baş verdiyi, daha 29 nəfərin sarı qızdırmaya yoluxduğu Ladainya şəhərində yaranıb. Xəstəliklə mübarizə çərçivəsində səhiyyə mərkəzlərinə və xəstəxanalara əlavə dərman və vaksin göndərilir.

Sarı qızdırma kəskin virus xəstəliyidir. Virusun ağcaqanad vasitəsi ilə keçməsinə görə bataqlıqların qurudulması məqsədi ilə fəaliyyətlərə başlanıb.



Әlaqәli Xәbәrlәr