Malayziyada sel fǝlakǝti baş verib

Malayziyada güçlü yağışların səbəb olduğu sel fələkətinə görə 19 min nəfər evakuasiya edilib.

644221
Malayziyada sel fǝlakǝti baş verib

Rəsmilərin məlumatına görə ölkənin şimal-şərqini təsiri altına alan musson yağışları səbəbiylə 19 min nəfər etibarlı bölgəyə köçürülüb.

Musson yağışlarının təsirli olduğu Terengganu və Kelantan əyalətlərində hələlik insan tələfatının olmadığı bildirilir.

Qeyd edək ki, 2014-ci ilin sonlarında Malayziyanın bir çox bölgəsini təsiri altına alan sel fəlakəti nəticəsində ən az 250 min nəfər evakuasiya edilmişdi.

Tropik qurşaqda yerləşən Malayziya, hər il yağış mövsümündə sel fəlakətlərinə səhnə olur.



Әlaqәli Xәbәrlәr