İsrail əsgərinin günahkar olduğu qəbul edildi

Yerdə yatan yaralı fələstinlini başından vuraraq qətlə yetirən İsrail əsgərinin günahkar olduğu qəbul edilib.

644288
İsrail əsgərinin günahkar olduğu qəbul edildi

Yerdə yatan yaralı fələstinlini başından vuraraq qətlə yetirən İsrail əsgərinin günahkar olduğu qəbul edilib.

İsraildə məhkəmə 20 yaşındakı əsgər Elor Azarianın qətl günahı işlədiyinə qərar verib.

2016-cı ilin mart ayının 24-də bir İsrail əsgərinə bıçaqlı hücum təşkil etdiyi iddia edilən 2 fələstinli vurularaq yaralanmışdı.

Abdülfettah əl Şərif yaralı və silahsız olaraq yerdə yatarkən hadisə yerindəki israilli hərbçi Elor Azaria silahına əl atmış və təxminən 2 metr məsafədən əl Şərifi kəlləsindən vuraraq öldürmüşdü.

İsrail əsgərinin atəş etmə anına aid video kadrları ortaya çıxınca mövzu məhkəməyə gətirilmişdir.

Tel-Əvivdəki Kiriya Hərbi Məhkəməsi Elor Azarianın fələstinlini qətlə yetirməkdə günahkar olduğu qərarını verib.

İsrailli əsgərə kəsiləcək iş qarşıdan gələn günlərdə açıqlanacaq.

Azarianı dəstəkləyən israilli ifrat sağçılar isə qərarın açıqlanmasından sonra etiraz aksiyası keçiriblər.



Әlaqәli Xәbәrlәr