Yaponiyanın baş naziri Ş.Abe Pörl Harborda

Yaponiyanın baş naziri Şinzo Abe ABŞ-ın Havay adalarına səfər edib.

638873
Yaponiyanın baş naziri Ş.Abe Pörl Harborda

Yaponiyanın baş naziri Şinzo Abe ABŞ-ın Havay adalarına səfər edib.

S. Abe ABŞ prezidenti Barak Obama ilə birlikdə Havay adalarında yerləşən Pörl Harbora da baş çəkəcək. Yaponiyanın 1941-ci ildə Pörl Harborda ABŞ hərbi donanmasına hücumundan sonra bu səfər Yaponiya hökumət başçısının buraya ilk səfəridir. Abenin ölənlərin ruhuna dualar oxuyacaq. O üzr istəməyəcəyini bildirib.  
 
Xatırladaq ki, B. Obama ABŞ-ın atom bombası atması nəticəsində 150 min insanın öldüyü Xiroşima şəhərini ziyarət etmiş, atom bombasına görə üzr istəmişdi.

Qeyd edək ki, 1941-ci il dekabrın 7-də Yaponiya aviasiyasının Pörl Harbordakı ABŞ hərbi qüvvələrini bombardman etməsi nəticəsində 2400 amerikalı ölüb. Bundan sonra ABŞ Yaponiyaya müharibə elan edərək 2-ci Dünya müharibəsinə qoşulub.



Әlaqәli Xәbәrlәr